spot_img
26 мая, 2026
ДомойТехнологииСмартфоныHonor bazarı silkələdi: eyni gündə 3 yeni smartfon təqdim olundu

Honor bazarı silkələdi: eyni gündə 3 yeni smartfon təqdim olundu

Honor Çində yeni ç seriyasını rəsmi şəkildə təqdim etdi və şirkət bir anda üç fərqli smartfonla diqqətləri üzərinə çəkdi. Seriyaya flaqman Honor 600 Pro, daha böyük batareyaya sahib Honor 600 Super Edition və ən sərfəli model olan Honor 600 Vitality Edition daxildir.

Seriyanın ən güclü modeli hesab olunan Honor 600 Pro xüsusilə böyük batareyası və kamerası ilə seçilir. Smartfon 8000 mAh həcmində batareya ilə təchiz olunub ki, bu da qlobal versiyadan xeyli böyükdür. Modeldə 6.57 düymlük AMOLED ekran, 120 Hz yenilənmə tezliyi və gözləri yormayan 3840 Hz PWM texnologiyası istifadə edilib.

Kamera tərəfində isə vəziyyət daha da maraqlıdır: əsas sensor 200 MP-dir və optik stabilizasiya dəstəyi alıb. Bundan əlavə, 50 MP periskop teleobyektiv və 12 MP ultra geniş bucaqlı kamera mövcuddur. Ön kamera isə 50 MP-dir. Smartfon həm 80W sürətli Nazilli, həm də 50W naqilsiz şarj yığımını dəstəkləyir. Qurğu həmçinin Wi-Fi 7, Bluetooth 6.0, NFC və IP69K qoruma sertifikatı ilə gəlir.

Honor 600 Pro-un qiyməti:

  • 12/256 GB — 500 dollar
  • 12/512 GB — 560 dollar
  • 16/512 GB — 615 dollar

Daha maraqlı modellərdən biri isə Honor 600 Super Edition oldu. Şirkət bu modeli “Super” adlandırsa da, bəzi xüsusiyyətlər sadələşdirilib. Məsələn, burada naqilsiz şarj yığımı və periskop kamera yoxdur. Lakin bunun əvəzində istifadəçilər daha böyük — 8600 mAh batareya əldə edir.

Smartfon Snapdragon 7 Gen 4 prosessoru ilə işləyir və 6.57 düymlük AMOLED ekranla təchiz olunub. Əsas kamera 200 MP, əlavə modul isə 12 MP-dir. Ön tərəfdə yenə 50 MP selfie kamerası yerləşir. Honor bu modeldə də IP69K qoruması, NFC, Wi-Fi 6 və infraqırmızı portu unutmayıb.

Qiymətlər:

  • 12/256 GB — 485 dollar
  • 12/512 GB — 545 dollar

Seriyanın ən münasib qiymətli modeli isə Honor 600 Vitality Edition oldu. Buna baxmayaraq, texniki göstəricilər kifayət qədər iddialıdır. Smartfon Snapdragon 7 Gen 4 platforması üzərində qurulub və 7000 mAh batareya ilə gəlir. 80W sürətli şarj yığımı da burada mövcuddur.

Əsas kamera Sony sensoru əsasında qurulmuş 50 MP moduldan ibarətdir. Bundan əlavə, 12 MP ultra geniş bucaqlı kamera və 50 MP ön kamera təqdim olunur. AMOLED ekran, 120 Hz tezlik və IP69K qoruması bu modeldə də qorunub saxlanılıb.

Qiymətlər:

  • 8/256 GB — 395 dollar
  • 12/256 GB — 440 dollar
  • 12/512 GB — 500 dollar

Beləliklə, Honor yeni 600 seriyası ilə həm premium, həm də orta seqment istifadəçilərini hədəfə alır.

Предыдущая статья
Следующая статья
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,769ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -