Çinin BYD şirkəti gələcək flaqman elektromobil modelləri — Seal 08 və Sealion 08-i rəsmi şəkildə təqdim edib. Şirkət avtomobillərin dizaynını nümayiş etdirib və onların kütləvi istehsala hazır olduğunu təsdiqləyib.
Hər iki model aprel ayında Şanxay avtosalonunda nümayiş olunan Ocean S konsepti əsasında hazırlanıb. Seal 08 elektrik sedanı ölçülərinə görə Tesla Model 3-ə yaxın olacaq — avtomobilin ölçüləri 4720 × 1880 × 1495 mm təşkil edir.
Flaqman krossover Sealion 08 isə ölçü və seqment baxımından Tesla Model Y ilə müqayisə olunur. Texniki göstəricilərə gəldikdə, Seal 08-in yürüş ehtiyatı 470 km, Sealion 08-in isə 545 km olacaq.
BYD-nin rəhbəri Van Çuanfu vurğulayıb ki, şirkətin əsas üstünlüyü öz texnologiyalarına sahib olmasıdır. Buraya akkumulyatorlar, ağıllı sürmə alqoritmləri və şarj texnologiyaları daxildir. Bununla yanaşı, BYD ixrac həcmini də sürətlə artırır — ötən ay xarici bazarlara avtomobil tədarükü 325% artaraq təxminən 132 min ədədə çatıb.





