spot_img
29 мая, 2025
spot_img
ДомойТелекомСобытияTəhlükəsizlik, çeviklik, fasiləsiz iş: Citrix Connect Bakı tədbirində əsas IT trendləri

Təhlükəsizlik, çeviklik, fasiləsiz iş: Citrix Connect Bakı tədbirində əsas IT trendləri

30 may tarixində Bakıda Citrix Connect mitinqi keçiriləcək. Tədbir iştirakçıları müasir texnologiyaların xidmətlərin fasiləsiz işləməsini, məlumatların qorunmasını və IT infrastruktura xərclərin optimallaşdırılmasını necə təmin etdiyini müzakirə edəcəklər.

Tədbirdə Citrix şirkətinin baş direktoru Tomer Perry iştirak edəcək.
Citrix — dövlət qurumlarının əməkdaşları üçün rəqəmsal iş mühitlərinin yaradılmasında dünya lideridir.

Tədbirin əsas mövzuları:

  • çevik və təhlükəsiz rəqəmsal iş mühitinin necə təşkil olunması;
  • məlumat sızması risklərinin minimuma endirilməsi və informasiya axınının idarə olunması yolları;
  • müştəri xidmətlərinin fasiləsizliyi pozulmadan rəqəmsal proseslərin tətbiqinə imkan verən alətlər.

DeoniX şirkətinin baş direktoru Kanat Abirov qeyd edir: “Uzaqdan iş rejimi korporativ və dövlət sektorunda sürətlə tətbiq olunmağa başlayıb. Bütün sahələrdə rəqəmsal transformasiya üçün tələbat və ehtiyac var. Lakin bu transformasiya hazırlıq və etibarlı texnoloji baza tələb edir.
Müasir həllər məlumatların qorunan şəkildə işlənməsini, girişin idarə olunmasını və tətbiqlərin fasiləsiz fəaliyyətini təmin edir. Rəqəmsal ofis və bütün xidmətlərin dayanmadan məsafədən işləməsini təmin edən texnologiyalar prosesləri sürətləndirəcək, işin səmərəliliyini artıracaq və bütün vətəndaş kateqoriyaları üçün bərabər imkanlar yaradacaq”.

TƏDBİRİN PROQRAMI:

09:30 – Qeydiyyat və kofe fasiləsi

10:00 – Açılış, Rufat Sadıqov, Country Manager

10:05 – 2025-ci ildə əsas tendensiyalar və inkişaf perspektivləri, Kanat Abirov, CEO DeoniX

10:15 – Asker Rzayev, BDM Gulfstream

10:25 – Citrix NetScaler ilə dövlət və korporativ xidmətlərin fasiləsizliyinin təmin olunması, Denis Pozolotin, CTO Citrix

11:05 – Effektiv rəqəmsal iş mühitinin konsepsiyası, Artem İssayev, Citrix üzrə texniki menecer

11:45 – Aktual Citrix təklifləri, Janat Azıkeyev, Citrix üzrə satış meneceri

12:05 – Layihələrin həyata keçirilmə nümunələri, Tomer Peri, CEO Citrix

12:20 – Maliyyə sektorundan nümunə

Tədbirin keçirilmə tarixi: 30 may 2025-ci il, Bakı

İştirak forması: ödənişsiz, öncədən qeydiyyat əsasında.
Qeydiyyatdan sonra tədbirin keçiriləcəyi ünvan göstərilən təsdiqedici məktubu gözləyin.
Tədbir rus və ingilis dillərində keçiriləcək.

Təşkilatçılar:

DeoniX Mərkəzi Asiya, Qafqaz, Ukrayna və Moldovada Citrix və NetScaler həllərinin əsas distribyutorudur.

Gulfstream Distribution LLC IT avadanlıqları, IT həllər və xidmətlərin distribyutorudur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,946ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -