spot_img
24 ноября, 2024
ДомойТехнологииİlk orbital enerji şəbəkəsi 2025-ci ildə peyda olacaq

İlk orbital enerji şəbəkəsi 2025-ci ildə peyda olacaq

Star Catcher Industries şirkəti dünyanın ilk orbital elektrik şəbəkəsinin tikintisi üçün 12,25 milyon dollar maliyyə vəsaiti alıb. Kosmik gəmi günəş enerjisini toplayaraq orbitdəki digər peyklərə ötürəcək.

Kosmosda enerji Yer kürəsindən fərqli olaraq daha səmərəli şəkildə əldə edilə bilər. Orada havanın və ya günün vaxtının təsiri yoxdur, buna görə də 24/7 elektrik enerjisi istehsal oluna bilər. Lakin Star Catcher Yerə enerji çatdırmaq əvəzinə orbitdəki digər peykləri gücləndirəcək.

Şəbəkə günəş enerjisini tutmaq və onu yaxınlıqdakı peyklərin hər birinə 150 ​​kVt-a qədər gücdə cəmlənmiş şüa şəklində ötürmək qabiliyyətinə malik Power Node (Güc Düyünlərindən) ibarət olacaq. Texnologiya müasir sistemlərin modernləşdirilməsini tələb etmir, çünki istifadə olunan üsul mövcud günəş panelləri ilə uyğun gəlir.

Eyni zamanda, mövcud cihazların məhsuldarlığı təxminən 5-10 dəfə artırıla bilər. “Star Catcher” ilk prototipləri 2025-ci ilin sonuna kimi orbitə çıxarmağı planlaşdırır və bundan sonra şirkət bu xidməti kommersiya məqsədli tətbiq edəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -