spot_img
25 ноября, 2024
ДомойТелекомСтатьиGROW Lab 2023: Gənc istedadların inkişafı üçün yeni era başlayır

GROW Lab 2023: Gənc istedadların inkişafı üçün yeni era başlayır

30 sentyabr tarixində GROW Lab tərəfindən seçimlərdən keçmiş 50-dən çox gənc və onlara təlim keçəcək mentorların iştirakı ilə açılış tədbiri baş tutub. GROW Lab fəaliyyətində rəqəmsal transformasiya, innovasiya və çevik komandaların yaradılması sahələrində gənclərlə faydalı işlər görməyi hədəfləyib.

1 ay müddətində davam edəcək “Bootcamp” gələcəyi formalaşdırmaq istəyən gənclərə öz qapılarını açdı. 8 təlimi əhatə edən proqramda müstəsna iştirakçılar Professional Bootcampın son mərhələsinə keçəcək və şirkətdə təcrübə keçmək və əldə etdikləri yeni bacarıqları tətbiq etmək imkanı əldə edəcəklər. Layihə rəhbəri Gültəkin Rzayeva tədbiri çıxış sözü ilə açaraq Bootcamplar və onların təşkilində məqsədlər, bu poqrama cəlb olunan gənclərin sahibkarlıq və innovasiya dünyasına qoşularaq karyeralarında böyük irəliləyiş əldə edəcəklərindən danışdı.

Tədbirdə çıxış edən Ferrum Capital şirkətinin HR direktoru Sona Quliyeva bu layihənin gənclərin kariyerasında rolu, qazandırdığı üstünlüklər barədə iştirakçıları məlumatlandırdı.

Görüş zamanı keçmiş iştirakçıların paylaşdıqları təcrübələr bu layihənin nə qədər dəyərli olduğunu bir daha göstərdi. Bu çıxışlar bu ilki proqram iştirakçılarına yeni bacarıqlar əldə etməyə, karyeralarını yüksəltməyə və mühüm əlaqələr yaratmağa kömək edəcəkdir.

Bu, GROW Labın Peşəkar Bootcamplarının 3-cü mövsümüdür. Proqram haqqında qısa olaraq onu deyə bilərik ki, bu təlimlər nəzəri bilikləri və praktiki təcrübəni birləşdirərək iştirakçıları əsl peşəkar kimi yetişdirmək məqsədi daşıyır.

Bu ilki GROW Labın Peşəkar Bootcampları gənclərə dörd fərqli sektorda intensiv təlim təcrübəsi təklif edir. Gənclərin inkişafına yönəlmiş proqramlar aşağıdakılardır:

  • Verilənlər Bazasının Tərtibatçılığı: Verilənlər bazalarının dizaynı, idarə edilməsi və optimallaşdırılması üzrə hərtərəfli təlim.
  • Proqramlaşdırma: Proqram təminatının hazırlanmasında əsas bacarıqları və ən son proqramlaşdırma dillərini öyrənmək imkanı.
  • Data Analitika və Power BI: Data Mining, analitik düşüncə və Power BI kimi alətlərlə məlumat təhlili.
  • Scrum Master: Agile proqram təminatının inkişaf etdirilməsi metodologiyalarını və Scrum Master kimi sertifikatlaşdırmanı başa düşmək.
  • Ferrum Capital faktoring şirkəti tərəfindən 2021-ci ildə sosial layihə olaraq təsis edilən Grow Lab, gənc istedadları bir araya gətirmək və onları startup sahəsinin inkişafına töhfə verməyə təşviq etmək üçün yaradılmışdır. 2022-ci ildə o, iki əsas sahəyə bölündü: “İstedadlar fabriki” və “Startup Studio”.

İstedad Fabriki iş təcrübəsindən asılı olmayaraq gənclərin yeni bacarıqlara yiyələnmək, onları tətbiq etmək, peşəkarlardan öyrənmək və gələcək karyeralarına hazırlanmalarına kömək məqsədi daşıyır. Ürəyi innovasiya ilə döyünən bu laboratoriya müasir iş mühiti təklif etməklə gələcəyin liderlərinin yetişdirilməsinə diqqət yetirir.

Digər tərəfdən, Startup Studio inkişaf tendensiyaları ilə bağlı araşdırmalar aparır, əldə etdiyi nəticələri paylaşır və yeni biznes konsepsiyaları təklif edir. Bir araya gələn komanda üzvləri birlikdə işləyir, bir-birinin baxışlarına hörmət edir və böyük təcrübələr qazanırlar.

Bu zamana qədər 200-dən çox gəncin həyatına toxunan layihə, tam ödənişsiz olaraq həyata keçirilir. GROW Lab gələcək tədbirləri üçün maraqlı planlar qurmağa davam edir. Əgər siz də bu macəraya qoşulmaq və yeniliklərin önündə olmaq istəyirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin. GROW Labın qapıları gələcəyinizi formalaşdırmaq üçün üzünüzə həmişə açıqdır!

Unutmayın ki, GROW Lab innovasiya və istedadların inkişafında əsas oyunçu olaraq qalır və sizin aranızdan gələcək liderləri seçib inkişaf etdirmək üçün hər birinizin yanındadır. Siz də bu maraqlı yolda bizə qoşula bilərsiniz.

GrowLab ilə əlaqə: E-mail: [email protected]

Telefon: +994554445971. Ünvan: Dəmirçi Plaza, 15-ci mərtəbə.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -