Məşhur insayder gələcək yeniliyin bir neçə əsas parametrini açıqladı: video yaddaşın miqdarı, nüvələrin sayı, ötürmə qabiliyyəti və enerji istehlakı.
Məlumatı @kopite7kimi paylaşıb və onun sözlərinə görə, RTX 4090 Ti və RTX 4090 cihazları eyni PG136/139 platalar üzərində qurula bilər. Qrafik kart 18 176 nüvəli AD102 GPU ilə təchiz olunacaq (RTX 4090-dan 1 792 nüvə daha çox). Maksimum enerji istehlakı 600W (TBP) olacaq.
Məlumdur ki, şirkət 4090 Ti-nin təqdimatını RTX 4090-ın təqdimatından daha tez planlaşdırmışdı. Seriyanın buraxılışına başlamazdan əvvəl şəbəkədə cihazın adı ilə olan videokart korpusunun fotoşəkili göründü. Gələcəkdə isə eyni cihaz, lakin fərqli birad altında RTX 4090 korpusunda istifadə edilmişdir.
Hələlik təqdimat tarixi ilə bağlı heç nə məlum deyil. Bu, çox güman ki, 2023-cü ilin martında keçiriləcək GTC konfransından sonra baş tutacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az