spot_img
24 ноября, 2024
ДомойТехнологииHuawei ilk HarmonyOS 3.0-da printerini təqdim etdi

Huawei ilk HarmonyOS 3.0-da printerini təqdim etdi

Huawei, yeni HarmonyOS 3.0 əməliyyat sisteminin təqdimatı çərçivəsində özünün ilk inkjet printer PixLab V1-ni təqdim etdi. Cihaz geniş funksionallıq təklif edir: sənədləri köçürə, skan edə və çap edə bilər. Və ən əsası PixLab V1 HarmonyOS 3.0 əməliyyat sistemində işləyən ilk printerdir.

Printer smartfonlar və digər cihazlardan fotoşəkilləri, veb səhifələri, sənədləri və digər məzmunu tez çap etmək imkanına malikdir. Qurğu 512 MB operativ yaddaş və 8 GB daxili fləş yaddaşla təchiz edilib. Standart başlanğıc mürəkkəb dəsti ilə siz 7500 ağ-qara səhifə və ya 4000 rəngli səhifə çap edə bilərsiniz.

Huawei PixLab V1 ikizolaqlı Wi-Fi dəstəyinə malikdir (2.4 GHz və 5 GHz diapazonları üçün dəstək var). Printer müxtəlif materiallardan hazırlana bilən və müxtəlif ölçü və qalınlığa malik kağız üzərində çapı dəstəkləyir. Bundan əlavə, Huawei PixLab V1 sizə foto kağızda çap etməyə imkan verir.

Printerin qiyməti hələlik məlum deyil, lakin bu yaxınlarda açıqlanacaq. Satışların başlanması avqustun 3-nə planlaşdırılır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -