spot_img
22 ноября, 2024
ДомойТехнологииСмартфоныApple iPhone-da ekranın alt hissəsinə inteqrasiya edilmiş kameradan istifadəni təxirə salıb

Apple iPhone-da ekranın alt hissəsinə inteqrasiya edilmiş kameradan istifadəni təxirə salıb

 Technote-un verdiyi məlumata görə, Apple şirkətinin çıxıntısız ekranlı iPhone modelini təqdim etmək istəməsi ilə bağlı olan planları barəsində yeni məlumat verilib və verilmiş məlumat heç də yaxşı xəbər deyil. Belə ki, insayderlər bildiriblər ki, ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib iPhone modelinin təqdim edilməsini hələlik təxirə salıb. Apple artıq neçə illərdir ki, ön kameranın ekranın alt hissəsinə yerləşdirilməsi texnologiyası üzərində çalışır. Buna baxmayaraq insayderlər xəbər veriblər ki, keçən ay şirkət rəhbərliyi əsas diqqəti üz skanı texnologiyası olan Face ID-nin təkmilləşdirilməsinə ayırmağı qərara alıb. Məlumatda həmçinin qeyd edilib ki, daha öncə Touch ID texnologiyası ilə məşğul olmuş komanda da Face ID komandasına qoşulub.

    İnsayderlər bildiriblər ki, hal hazırki mərhələdə ekranın alt hissəsinə inteqrasiya edilən ön kamera şirkətin yüksək standartlarına cavab vermir. Buna görə də bu cür ön kameranın bu ilki iPhone 14 smartfon seriyasında gözləmək lazım deyil. Ekranın alt hisəssinə inteqrasiya edilən ön kameraya sahib iPhone-nun 2023-cü ildən tez satışa çıxacağı gözlənilmir. Qeyd etmək lazımdır ki, bununla belə Apple Face ID texnologiyasının daimi şəkildə təkmilləşdirilməsi ilə də məşğul olur. Məsələn bir neçə müddət bundan öncə şirkət Face ID üçün yeni funksiya təqdim etmişdi və həmin funksiya hətta istifadəçinin qoruyucu maskadan istifadə etdiyi zaman da onun üzünü skan etməyə imkan verir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -