Britaniyanın “Mozillion” pərakəndə satış şirkəti istifadəçilərin 2022-ci ildə bazara çıxmağı səbirsizliklə gözlədikləri smartfonların siyahısını dərc edib. İlkin məlumat kimi ekspertlər Google axtarış sorğularından istifadə ediblər, ilk 5-lik siyahıya dörd fərqli şirkətin cihazları daxildir.
1 | Apple iPhone 14 | 1,110,030 |
2 | Samsung Galaxy S22 | 518,000 |
3 | Apple iPhone SE 3 | 285,470 |
4 | Vivo V23 | 195,700 |
5 | Xiaomi 12 | 165,300 |
6 | OPPO Reno 7 | 162,610 |
7 | OnePlus 10 | 148,100 |
8 | realme GT 2 | 134,700 |
9 | Nokia X50 | 92,100 |
10 | Honor Magic 3 | 89,720 |
11 | OPPO Find N | 76,900 |
12 | HUAWEI Mate 50 | 44,900 |
13 | POCO X4 | 40,500 |
14 | Google Pixel 6a | 37,000 |
15 | Redmi K50 | 37,000 |
16 | Nokia 10/X60 | 33,700 |
17 | Google Pixel Fold | 24,700 |
18 | POCO F4 | 22,200 |
19 | OPPO Find X4/X5 | 16,920 |
20 | ASUS ROG Phone 6 | 16,500 |
“Xalq” reytinqinin lideri Google axtarış sistemində son 12 ay ərzində 1,1 milyon dəfədən çox axtarılan iPhone 14 olub. Samsung Galaxy S22 518 min axtarış ilə ikinci yerdədir. İlk üçlüyü başqa bir Apple smartfonu — 285 mindən çox axtarış ilə «büdcəli» iPhone SE 3 bağlayır.
İlk beşliyi vivo V23 və Xiaomi 12 tamamlayır. Siyahıda sonrakı yerləri 100.000-dən çox Google axtarışı ilə OPPO Reno7, OnePlus 10 və realme GT2 tutur. İlk 20-likdə ən sonuncu OPPO Find X5 və ASUS ROG Phone 6 oldu. Siyahıya həmçinin HUAWEI və Nokia smartfonları da daxil idi və qatlana bilən ekran kateqoriyasında istifadəçilər OPPO Find N və Google Pixel Fold ilə maraqlanırdılar.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az