FCC-nin məlumat bazasında, insayderlər iki 4G SİM kartı dəstəkləyən təqdim olunmamış realme RMX3513 smartfonunun texniki xüsusiyyətlərini aşkar ediblər. Tənzimləyici onu da qeyd edir ki, qadcet 5000 mah akkumulyatorla təchiz edilib və 18 vatt sürətli şarjı dəstəkləyir.
İlkin məlumata görə, smartfon realme C seriyasının nümayəndəsi ola bilər. Qeyd etmək lazımdır ki, realme fevral ayına realme 9 seriyalı smartfonların təqdimatını da planlaşdırmışdı.
Cihazın nə vaxt və hansı adı altında təqdim ediləcəyi hələlik məlum deyil.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az