spot_img
25 ноября, 2024
ДомойТехнологииСмартфоныApple şirkəti 2 ədəd qatlana bilən iPhone üzərində işləyir

Apple şirkəti 2 ədəd qatlana bilən iPhone üzərində işləyir

Verilən məlumata görə, Apple 2 ədəd qatlana bilən iPhone üzərində işləyir. İnsayderlər artıq sözügedən iPhone modellərinin təqribi təqdimat ilini və əldə edəcəkləri texniki xüsusiyyətləri barəsində məlumatlar veriblər. Beləliklə məlumatda qeyd edilib ki, Apple mühəndisləri hal hazırda 2 ədəd qatlana bilən iPhone üzərində işləyirlər və onlar 2023-cü ildə təqdim oluna bilərlər. Məlumata əsasən Apple öz qatlana bilən smartfonları üçün 2 dizaynı nəzərdən keçirdir.

Belə ki, onlardan biri Galaxy Z Fold 3 modelinə, digəri isə Galaxy Z Flip 3 modelinə bənzəməlidir. Qatlana bilən iPhone modellərinin istehsalında Apple şirkəti LG-nin ekranlarından istifadə edəcək. Gözləntilərə əsasən Galaxy Z Fold 3 dzaynında reallaşdırılacaq iPhone modeli 7.5 düym ekran ilə təchiz olunacaq. Lakin Galaxy Z Flip 3 dizaynında reallaşdırılacaq iPhone-nun hansı ölçüdə ekran ilə təchiz olunacağı məlum deyil. Bir müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple 2023-cü ildə 15-20 milyon ədəd qatlana bilən cihazı satışa çıxardacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -