İnsayderin verdiyi məlumata görə, Xiaomi tezliklə Mi11 Lite 5G NE (New Edition) adlı yeni bir smartfon təqdim edəcək. Gadget, Snapdragon 778G prosessoru, sələfinə nisbətən daha yüksək yeniləmə dərəcəsi olan AMOLED ekran və 30W sürətli şarj texnologiyası ilə təchiz edilib.
Cihazın arxa tərəfində əsas kameranın üç və ya dörd sensorunun yerləşdiyi ehtimal olunur. Gadgetın Hindistan BIS tənzimləyicisində göründüyünü nəzərə alaraq, məlumata görə cihazın təqdimatı bu ay baş tutacaq. İstehsalçı özü hələ təqdimat tarixini və yeni modelin qiymətini açıqlamayıb.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az