ABŞ-ın texnologiya nəhəngi Google şirkəti onlayn reklamlarda inhisarçı mövqeyinə görə Fransanın dövlət büdcəsinə 220 milyon avro (268 milyon dollar) cərimə ödəyəcək.
Bununla yanaşı, Google reklam menecmenti platforması Ad Manager-in 3-cü tərəflərlə işini yaxşılaşdırmaq barədə öhdəlik götürüb.
Qeyd edək ki, Fransa hökuməti Google-dan başqa Apple, Facebook kimi böyük texnologiya şirkətlərinin onlayn reklam fəaliyyətini də araşdırır.
Xatırladaq ki, 2019-cu ildə də Fransa hökuməti Google-un bazardakı üstün mövqeyindən sui-istifadə etdiyi üçün şirkəti 150 milyon avro cərimələmişdi.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az