Facebook rəsmən Libra kriptovalyutasını təqdim edib. Bu, sadə qlobal maliyyə aləti olaraq milyardlarla istifadəçi üçün əlçatan olacaq. Libra rəsmi saytı artıq fəaliyyətə start verib. Libra-nın tərəfdaşları arasında Visa və Mastercard kimi ödəmə sistemləri, eBay, Spotify və Uber kimi internet-şirkətlər də var. Onlar birlikdə Libra Reserve adlı birlik yaradaraq Libra-nı dəstəkləyəcəklər. Bu, məşhur Bitcoin ilə müqayisədə ciddi üstünlükdür.
Qeyd edilir ki, Libra fəaliyyətə gəlin ilin ilk yarısında start verəcək. Kriptovalyutadan sosial şəbəkənin istifadəçilərinin yararlana biləcəyi deyilir, bu isə 2 milyardlıq bir auditoriya deməkdir. Libra birbaşa Calibra-nın eyni adlı elektron pulqabısına bağlı olacaq. Calibra Facebook Messenger və WhatsApp ilə çalışacaq, iOS və Android üçün ayrıca tətbiq də mövcud olacaq.