ДомойТехнологииАвтомобилиTesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var

Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var

Tesla seçilmiş müştərilərə şirkətin qızılı rəngli, tam avtonom Cybercab avtomobilini şəxsi istifadə üçün öncədən sifariş etmək imkanı yaradıb.

Sifariş səhifəsindəki şərtlərdən məlum olub ki, avtomobili almaq istəyənlər onu yalnız Texas ştatının müəyyən şəhərlərində təhvil götürə biləcəklər. Bundan başqa, Cybercab yalnız əvvəlcədən müəyyən edilmiş coğrafi ərazilərdə fəaliyyət göstərəcək. İlkin məlumata görə, avtomobillərin təhvilinə 2026-cı ilin dekabrında başlanacaq.

Cybercab-ın qiyməti 29 990 dollardır. Lakin avtomobil sahibləri onun istifadəsi üçün əlavə olaraq ayda 299 dollar ödəməli olacaqlar.

Tesla rəhbəri İlon Mask bu aylıq ödənişin həddindən artıq yüksək olduğunu bildirib. Onun sözlərinə görə, məbləğ şirkətin digər modelləri üçün təklif etdiyi Full Self-Driving və internet bağlantısı xidmətlərinin ümumi qiymətinə uyğun olmalı, yəni təxminən 115 dollar təşkil etməlidir. Mask həmçinin Cybercab-ın tənzimləyici qurumlardan lazımi icazələr alındıqca ABŞ-ın bütün ərazisində satışa və istifadəyə açılacağını qeyd edib.

Tesla-nın nümayəndəsi Ashok Elluswamy isə bildirib ki, Cybercab Robotaxi xidmətinin fəaliyyət göstərdiyi bütün coğrafi zonalarda sürücünün nəzarəti olmadan işləyə biləcək. Bununla belə, avtomobil həmin ərazilərdə sahiblərinin ehtiyaclarına xidmət edəcək.

Qeyd edək ki, Tesla Cybertruck modelinin satışları gözlənilən səviyyəyə çatmadığı üçün gələn il onun istehsalını dayandırmağı planlaşdırır. Şirkət boşalacaq istehsal gücünü daha çox Cybercab istehsalına yönəltmək niyyətindədir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,685ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -