ДомойТехнологииМедицинаHuawei ilk qlükoza monitorinq cihazı Sense G1-i təqdim etdi

Huawei ilk qlükoza monitorinq cihazı Sense G1-i təqdim etdi

Huawei qanda şəkərin səviyyəsini fasiləsiz izləmək üçün nəzərdə tutulan ilk cihazı Sense G1-i anons edib. Yeni sistem istifadəçinin qlükoza səviyyəsini gecə-gündüz izləyir və məlumatları smartfonlara, eləcə də ağıllı saatlara ötürür. Beləliklə, göstəriciləri öyrənmək üçün davamlı olaraq əl ilə ölçmə aparmağa ehtiyac qalmır.

Dairəvi formalı sensor qolun üzərinə bərkidilir. Qlükozanın müəyyən edilməsi üçün elektrod sistemi ilə təchiz olunmuş yumşaq dərialtı iynədən istifadə edilir. Cihaz hüceyrələrarası mayedə qlükozanın miqdarını analiz edir və bu məlumatlar əsasında qanda şəkərin səviyyəsini hesablayır. Göstəricilər normadan kənara çıxdıqda istifadəçiyə bildiriş göndərilir.

İstehsalçının açıqladığı göstəricilərə əsasən, cihazın ölçmə xətasını xarakterizə edən MARD göstəricisi 10%-dən aşağıdır. Məlumatların ötürülməsində gecikmə isə 5–15 dəqiqə təşkil edir. Sense G1 üzmə zamanı da istifadə oluna bilər. Bir sensorun fasiləsiz istifadə müddəti iki həftəyə qədərdir.

Huawei hələlik Sense G1-in qiymətini və satışa çıxarılacağı tarixi açıqlamayıb. Bu barədə ətraflı məlumatın daha sonra veriləcəyi gözlənilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,685ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -