Steam platformasında “Steam Scream 5” adlı Halloween endirim festivalı başlayıb. Valve oyun mağazası qorxu və gərginlik dolu layihələrə böyük endirimlər təklif edir. Kampaniyada yalnız qorxu oyunları deyil, fərqli janrlarda olan oyunlar da yer alır.
Endirimə qoşulan oyunlardan bəziləri:
- Resident Evil Requiem — 30% endirim
- Dying Light 2 Stay Human — 80% endirim
- Reanimal — 25% endirim
- Cronos: The New Dawn — 50% endirim
- Inscryption — 60% endirim
- Blasphemous 2 — 66% endirim
- Aliens: Dark Descent — 70% endirim
Steam-də Halloween kampaniyası 2 noyabr saat 22:00-da (Bakı vaxtı ilə) başa çatacaq. Endirimdə iştirak edən digər oyunlarla tanış olmaq üçün Steam-in xüsusi səhifəsinə keçid edə bilərsiniz.









