ДомойAI / MLNvidia OpenAI üçün 1,5 milyard dollarlıq nəhəng AI data mərkəzi qurur

Nvidia OpenAI üçün 1,5 milyard dollarlıq nəhəng AI data mərkəzi qurur

Nvidia OpenAI üçün nəzərdə tutulan nəhəng süni intellekt data mərkəzinin yaradılmasına 1,5 milyard dollar sərmayə qoyacaq. Şirkət avqustun 17-də SB Energy-yə investisiya edəcəyini və ABŞ-ın Ohayo ştatının Pike dairəsində yerləşəcək PORTS-Pike Technology Campus layihəsinin tikintisinə kredit dəstəyi göstərəcəyini açıqlayıb.

Layihə süni intellekt infrastrukturu üçün ümumilikdə 8 IT GVt hesablama gücü nəzərdə tutur. Bunun 4,25 GVt-lıq hissəsi OpenAI üçün ayrılacaq. Nvidia isə daha 3,75 GVt güc əldə etmək üçün opsion götürüb.

OpenAI kompleksin 20 illik əsas icarəçisi olacaq. Nvidia isə burada süni intellekt üçün hesablama infrastrukturunun eksklüziv təchizatçısı kimi çıxış edəcək.

Data mərkəzini SB Energy inşa edəcək, ona sahib olacaq və idarə edəcək. Nvidia isə layihədə yalnız hesablama avadanlığının tədarükçüsü kimi iştirak etməyəcək. Şirkət SB Energy-yə birbaşa investisiya qoyacaq, həmçinin torpaq sahəsinin hazırlanması, enerji təchizatı və data mərkəzinin binalarının tikintisini də maliyyə baxımından dəstəkləyəcək.

Kompleksdə Nvidia-nın DSX platformasından istifadə ediləcək. Bu platforma qrafik və mərkəzi prosessorları, şəbəkə avadanlıqlarını, proqram təminatını və data mərkəzinin fiziki infrastrukturunu vahid sistemdə birləşdirir. Belə nəhəng hesablama gücünü təmin etmək üçün SB Energy və SoftBank ən azı 10 GVt yeni enerji istehsal gücü yaratmağı planlaşdırır.

PORTS-Pike Technology Campus-un istifadəyə verilməsi mərhələli şəkildə həyata keçiriləcək və ilk obyektlərin 2028-ci ildən fəaliyyətə başlaması gözlənilir.

OpenAI layihənin yerləşdiyi bölgəyə də əlavə dəstək göstərəcək. Şirkət artıq mövcud olan 40 milyon dollarlıq yerli icma dəstək fonduna daha 40 milyon dollar ayırmağa razılaşıb.

Bununla belə, Nvidia xəbərdarlıq edir ki, layihənin miqyası və işə salınma tarixləri enerji şəbəkəsinə qoşulma, yeni enerji generasiyasının yaradılması, binaların və soyutma sistemlərinin tikintisi, eləcə də avadanlıqların quraşdırılıb istifadəyə verilməsi kimi bir sıra amillərdən asılı olacaq.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,735ФанатыМне нравится
1,009ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -