Lenovo Lecoo Air 16 Core Edition adlı yeni noutbukunu təqdim edib. Şirkət bu modeldə incə korpusa, yüngül çəkiyə və Intel-in yeni Wildcat Lake platformasına üstünlük verib.
Noutbukun əsasını Xe3 arxitekturalı inteqrasiya olunmuş qrafikaya malik altınüvəli Intel Core 5 315 prosessorutəşkil edir. Model həmçinin 12 GB LPDDR5-5600 operativ yaddaş və 512 GB SSD ilə təchiz olunub.
Lecoo Air 16 2,5K təsvir ölçülü və 120 Hz yenilənmə tezlikli 16 düymlük ekran əldə edib. Böyük ekranına baxmayaraq, noutbuk kifayət qədər yüngüldür — onun çəkisi cəmi 1,28 kq, korpusunun qalınlığı isə cəmi 13,3 mm təşkil edir.
Cihazda 60 Vt·saatlıq batareya istifadə olunub. Lenovo-nun məlumatına görə, bu, noutbukun ofis rejimində 17,8 saata qədər işləməsinə imkan verir.
Bağlantı imkanları da kifayət qədər genişdir: istifadəçilərə üç USB Type-C portu və 3,5 mm-lik audio girişi təqdim olunur. USB Type-C portlarından ikisi 5 Gbit/s sürəti və DisplayPort 1.4 dəstəyini təmin edir, üçüncü port isə məlumat ötürülməsi üçün nəzərdə tutulub.
Lenovo Lecoo Air 16 hazırda Çində 4699 yuan (təxminən 699 dollar) qiymətinə satışa çıxarılıb.












