ДомойТехнологииHardwareApple tarixinin ən güclü Mac kompüteri təqdim edildi

Apple tarixinin ən güclü Mac kompüteri təqdim edildi

Apple yeni nəsil Mac Studio kompüterini təqdim edib. Şirkət M5 Max və M5 Ultra çipləri ilə təchiz olunan yeniliyi öz tarixində yaratdığı ən güclü Mac adlandırır. Ən yüksək konfiqurasiya 36 nüvəli prosessor, 80 nüvəli qrafik çip və 512 GB-a qədər vahid yaddaş təklif edir.

 

M5 Max ilə təchiz olunan Mac Studio 18 nüvəli CPU və 40 nüvəyədək GPU ilə təklif edilir. Hər bir qrafik nüvəsinə matris hesablamalarını və süni intellekt tapşırıqlarını sürətləndirmək üçün Neural Accelerators inteqrasiya olunub. Bu versiyada vahid yaddaşın maksimal həcmi 128 GB, ötürmə qabiliyyəti isə 614 GB/s təşkil edir.

Apple-ın məlumatına görə, M5 Max süni intellekt tapşırıqlarında M4 Max ilə müqayisədə nəzərəçarpacaq üstünlük nümayiş etdirir. LM Studio proqramında böyük dil modellərinə edilən sorğuların emalı 3,9 dəfə, təsvir generasiyası 3,5 dəfəyə qədər, DaVinci Resolve Studio proqramındakı Magic Mask funksiyasının işləmə sürəti isə 3 dəfəyə qədər artıb.

Əsas diqqət isə daha güclü M5 Ultra versiyasına yönəlib. Bu platforma 36 nüvəli CPU və 80 nüvəli GPU ilə təchiz olunub. Apple M3 Ultra ilə müqayisədə çoxnüvəli CPU performansının 30%, qrafik məhsuldarlığın 80%, süni intellekt tapşırıqlarında pik hesablama gücünün isə 4,3 dəfə artdığını bildirir.

Yeni Mac Studio-nun ən diqqətçəkən xüsusiyyətlərindən biri 512 GB vahid yaddaşdır. Onun ötürmə qabiliyyəti 1,2 TB/stəşkil edir ki, bu da əvvəlki nəsil modellə müqayisədə 50% daha yüksəkdir. Belə yaddaş həcmi adətən böyük həcmli server GPU-ları tələb edən nəhəng açıq böyük dil modellərini birbaşa kompüterin özündə işlətməyə imkan verir.

Apple-a görə, M5 Ultra LM Studio proqramında LLM sorğularını M3 Ultra-dan 4 dəfəyə qədər, M1 Ultra-dan isə 9,8 dəfəyə qədər daha sürətli emal edir. Təsvir generasiyasının sürəti isə M3 Ultra ilə müqayisədə 4,3 dəfə yüksəlib.

Yeni modeldə genişləndirmə imkanları da artırılıb. Bir neçə Mac Studio kompüterini Thunderbolt 5 vasitəsilə birləşdirmək mümkündür. Apple bildirir ki, dörd Mac Studio sistemindən ibarət konfigurasiya bir kompüterlə müqayisədə süni intellekt inferensiyasında 3 dəfə daha yüksək məhsuldarlıq təmin edir.

M5 Ultra həmçinin M5 Max ilə müqayisədə iki dəfə çox kodlaşdırma və dekodlaşdırma blokuna sahibdir ki, bu da peşəkar video emalı üçün mühüm üstünlükdür. Ən güclü Mac Studio eyni anda 33 ProRes 422 axınını 8K/30 fps keyfiyyətində oynada bilir.

Yaddaş sistemi də yenilənib. Yeni SSD arxitekturası PCIe 6 interfeysinə əsaslanır və məlumat ötürmə sürəti əvvəlki nəsillə müqayisədə iki dəfə artıb.

Yeni Apple N1 naqilsiz çipi kompüterə Wi-Fi 7 və Bluetooth 6 dəstəyi qazandırıb. Mac Studio-ya eyni anda səkkizədək displey və ya 120 Hz yenilənmə tezliyinə malik 5K təsvir ölçülü dörd Studio Display XDR qoşmaq mümkündür.

Kompüter yenilənmiş Apple Intelligence və Siri AI ilə birlikdə macOS 27 Golden Gate əməliyyat sistemi altında işləyir. Apple, həmçinin lokal olaraq AI modellərinin işə salınması və tətbiqlərə inteqrasiyası üçün MLX-i tamamlayan yeni Core AI təqdim edib.

M5 Max ilə təchiz olunan Mac Studio-nun qiyməti 2 500 dollardan, M5 Ultra versiyasının qiyməti isə 5 500 dollardan başlayır. Ön sifarişlər artıq qəbul edilir, ilk tədarüklər isə 22 sentyabrda başlayacaq. 512 GB vahid yaddaşa malik ən yüksək konfiqurasiya isə daha sonra — oktyabrın sonunda satışa çıxacaq.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,733ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -