ДомойSoftwareМобильные приложенияGoogle Waze üçün böyük AI yeniləməsini təqdim etdi

Google Waze üçün böyük AI yeniləməsini təqdim etdi

Google-a məxsus Waze naviqasiya tətbiqi süni intellektlə işləyən bir sıra yeni funksiyalar əldə edib. Yeniləmə sayəsində istifadəçilər artıq Gemini AI köməkçisi ilə söhbət edərək marşrut axtara, xəritədə dəyişikliklər barədə səsli məlumat verə və fərdiləşdirilmiş naviqasiya imkanlarından yararlana biləcəklər.

Əsas yeniliklərdən biri fərdiləşdirilmiş marşrutların təqdim olunmasıdır. Waze artıq istifadəçinin əvvəlki səfərlərini və şəhərdəki nəqliyyat axınını analiz edərək ən uyğun yolu təklif edir. Məsələn, istifadəçi magistral yolları üstün tutursa, tətbiq ilk növbədə həmin marşrutları göstərəcək. İstəyənlər bu funksiyanı ayarlardan söndürə və alternativ marşrutlardan istifadə edə bilərlər. Yenilik artıq bütün dünyada Android və iOS cihazlarında istifadəyə verilib.

Tətbiqə inteqrasiya olunan Google Gemini istifadəçilərə təbii dildə axtarış aparmağa da imkan yaradır. Məsələn, «Hazırda açıq olan kafe tap», «Ticarət mərkəzi yaxınlığında parkinq göstər» və ya «Ən ucuz yanacaqdoldurma məntəqəsini tap» kimi sorğular vermək kifayətdir. Waze uyğun variantların siyahısını təqdim edəcək. Bu funksiya hazırda qlobal Waze Beta istifadəçiləri üçün aktivdir.

Waze həmçinin motosikletçilər üçün xüsusi rejim əlavə edib. AI yol məhdudiyyətlərini və ikitəkərli nəqliyyat vasitələri üçün uyğun marşrutları nəzərə alaraq daha dəqiq istiqamətlər və təxmini çatma vaxtı təqdim edir. Sistem çuxurlar, süni maneələr, dar körpülər və motosikletçilər üçün təhlükəli ola biləcək digər maneələr barədə də xəbərdarlıq edir. Hazırda bu rejim Argentina, Braziliya, Kolumbiya, Malayziya, Meksika, Peru və Filippində əlçatandır, yaxın vaxtlarda digər ölkələrdə də istifadəyə veriləcək.

Digər mühüm yenilik isə xəritə dəyişikliklərini səsli şəkildə bildirmək imkanıdır. İstifadəçilər artıq «Bu yol bağlıdır»kimi ifadələrlə yolun bağlanması və ya köhnəlmiş ünvanlar barədə məlumat göndərə bilərlər. Bu məlumatlar birbaşa Waze xəritə redaktorlarına ötürüləcək.

Bundan əlavə, tətbiqdə «Less Chatty» adlı yeni rejim də istifadəyə verilib. Bu rejim səsli bildirişlərin sayını azaldır və onları daha qısa edir. Beləliklə, sürücülər musiqi və ya podkast dinləyərkən daha az diqqət yayındıran xəbərdarlıqlar alırlar. Bununla belə, təhlükəli yol şəraiti və dönüşlər barədə vacib bildirişlər saxlanılır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,749ФанатыМне нравится
1,009ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -