Lenovo Çin bazarında Lecoo Air seriyasına daxil olan üç yeni noutbuku təqdim edib: Air 13, Air 14 və Air 15. Yeni modellər gündəlik istifadə üçün nəzərdə tutulub və Intel-in Wildcat Lake platforması əsasında hazırlanıb.
Lenovo Lecoo Air 13 modeli 13,3 düymlük, 2560 × 1600 piksel təsvir ölçülü mat ekranla təchiz olunub. Displey 120 Hz yenilənmə tezliyi, 400 nit parlaqlıq və 100% sRGB rəng gamutunu dəstəkləyir. Noutbuk Intel Core 5 320 prosessoru, 16 GB RAM və 512 GB PCIe 4.0 SSD ilə təchiz olunub. Korpusun qalınlığı 14,3 mm-dir.
Lenovo Lecoo Air 15 isə 15,3 düymlük 1920 × 1200 piksel ekranla gəlir. Bu modelin qalınlığı 15,6 mm, enerji sərfiyyatı isə 27 Vt təşkil edir.
Seriyanın ən yüngül modeli olan Lenovo Lecoo Air 14 Intel Core 5 315 prosessoru, 12 GB operativ yaddaş və 14 düymlük 60 Hz ekranla təchiz olunub. Displeyin maksimal parlaqlığı 300 nit-dir. Cihazın qalınlığı 12,95 mm, çəkisi isə cəmi 1 kq-dır.
Lenovo-nun yeni Lecoo Air noutbukları 26 may tarixindən etibarən Çində satışa çıxacaq. Qiymətlər isə təqdimat günü açıqlanacaq.










