spot_img
1 апреля, 2026
ДомойSoftwareПрограммное обеспечениеGmail-də inqilabi yenilik: artıq e-poçt ünvanını dəyişmək mümkün olacaq

Gmail-də inqilabi yenilik: artıq e-poçt ünvanını dəyişmək mümkün olacaq

Google nəhayət uzun illər gözlənilən funksiyanı istifadəyə verib — Gmail istifadəçiləri artıq e-poçt ünvanlarının əsas hissəsini (“@gmail.com”-dan əvvəlki adı) dəyişə biləcəklər. Beləliklə, illər əvvəl qoyulmuş “qəribə” niklərdən qurtulmaq üçün yeni hesab açmağa ehtiyac qalmır.

Yeni funksiya istifadəçiyə ünvanını yeniləməyə imkan verir, lakin köhnə adres silinmir. O, əlavə ünvan kimi qalır: məktublar əvvəlki kimi ora gələcək və istəsəniz, həmin ünvandan məktub göndərmək də mümkün olacaq. Eyni zamanda, Google hesabı bütün məlumatlarla birlikdə yeni ad altında fəaliyyətini davam etdirəcək.

Bununla belə, müəyyən məhdudiyyətlər var. Ünvanı ildə yalnız bir dəfə dəyişmək mümkündür və ümumilikdə bir hesab üçün maksimum üç yeni ünvan yaratmaq icazə verilir. Əlavə olaraq, istifadəçi köhnə ünvanlardan birinə geri qayıda bilər, lakin bundan sonra növbəti dəyişiklik üçün 30 gün gözləməli olacaq.

Hazırda funksiya yalnız ABŞ-da yaşayan Gmail istifadəçiləri üçün aktivdir. Digər regionlarda nə vaxt istifadəyə veriləcəyi isə hələlik açıqlanmayıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,791ФанатыМне нравится
1,030ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -