spot_img
28 марта, 2026
ДомойТелекомСобытияWikipedia süni intellektlə yazılan məqalələrə qadağa qoydu

Wikipedia süni intellektlə yazılan məqalələrə qadağa qoydu

Wikipedia platforması redaktorlar üçün qaydaları sərtləşdirib və süni intellektdən istifadə ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib. Yenilənmiş siyasətə əsasən, artıq məqalələrin yazılması və ya ciddi redaktəsi zamanı LLM tipli alətlərdən istifadə qadağandır.

Qərarın əsas səbəbi kimi Large Language Models vasitəsilə hazırlanmış məqalələrdə çoxsaylı qayda pozuntularının aşkar olunması göstərilir. Belə materialların keyfiyyəti və etibarlılığı tez-tez sual doğurduğu üçün platforma daha sərt addım atmağa məcbur qalıb.

Bununla belə, süni intellekt alətləri tamamilə qadağan edilməyib. Redaktorlar hələ də onları mətnin sadə düzəlişləri və ya tərcümə məqsədilə istifadə edə bilərlər. Lakin tərcümə zamanı müəllifdən yenə də dili yaxşı bilməsi və mətni düzgün şəkildə redaktə etməsi tələb olunur.

Qeyd edək ki, Wikipedia redaktorları artıq bir neçə aydır ki, AI tərəfindən yazılmış məqalələrlə mübarizə aparırdı. Yeni qaydalar isə belə məzmunun daha operativ şəkildə silinməsinə imkan verir.

Bundan əlavə, platformada WikiProject AI Cleanup adlı xüsusi təşəbbüs də yaradılıb. Bu layihə süni intellekt tərəfindən yazılmış kontentin aşkarlanması və aradan qaldırılmasına yönəlib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,794ФанатыМне нравится
1,029ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -