OPPO orta büdcəli yeni smartfonu A6s Pro modelini satışa çıxarıb. Model həm flaqman səviyyəli korpus qorunması, həm də olduqca fərqli arxa panel dizaynı ilə diqqət çəkir. Üstəlik, cihaz 7000 mAh tutumlu nəhəng batareya ilə təchiz olunub.
OPPO A6s Pro 6,57 düymlük OLED ekranla gəlir.
-
120 Hz yenilənmə tezliyi
-
1400 nitə qədər parlaqlıq
-
Ekranaltı barmaq izi skaneri
Dairəvi kəsikdə 50 MP ön kamera yerləşir. Əsas kamera da 50 MP-dir, ona 2 MP-lik köməkçi sensor qoşulub. Gündəlik çəkilişlər və sosial şəbəkə üçün kifayət qədər iddialı kombinasiya təqdim olunur.
Smartfonun əsas üstünlüklərindən biri 7000 mAh tutumlu batareyadır. Bu həcm bir çox istifadəçi üçün iki günlük rahat istifadə deməkdir. 80 vattlıq sürətli şarj isə böyük batareyanı qısa müddətdə doldurmağa imkan verir.
Cihaz stereo dinamiklər və halqa formalı (ring) flaş ilə təchiz olunub ki, bu da həm multimedia, həm də portret çəkilişlərində əlavə effekt yaradır.
Smartfon MediaTek istehsalı olan Helio G100 Max prosessoru ilə işləyir. Çip 8 GB RAM ilə birlikdə çalışır və buxar kamerası ilə soyudulur. Bu isə uzunmüddətli oyun və ya intensiv istifadə zamanı stabil performans vəd edir.
Korpusun qalınlığı cəmi 8 mm, çəkisi isə 190 qramdır — belə böyük batareyaya baxmayaraq cihaz nisbətən incə və yüngül qalır.
Yeni Lumina Frost rəng variantı modeli digərlərindən vizual olaraq ayırır. Smartfon artıq Banqladeş bazarında 326,4 ABŞ dolları qiymətinə satışa çıxarılıb.





