Anthropic virtual köməkçisi Claude üçün inqilabi yenilik təqdim edib. Artıq sistem istifadəçinin kompüterini birbaşa idarə edə bilir — ekranı “görür”, kursoru hərəkət etdirir və tapşırıqları insan kimi yerinə yetirir.
Claude lazım olan servislərə birbaşa çıxış əldə edə bilmədikdə, sadəcə kompüter interfeysindən istifadə edir: brauzeri açır, faylları tapır, proqramları işə salır və tətbiqlər daxilində əməliyyatlar həyata keçirir.
Bütün bu proseslər yalnız istifadəçinin icazəsi ilə baş verir və yeni proqramlara giriş üçün ayrıca təsdiq tələb olunur.
Funksiya Claude Cowork və Claude Code rejimləri, həmçinin Dispatch aləti ilə birlikdə işləyir. Bu sistem sayəsində istifadəçi smartfondan tapşırıq verə bilər, və kompüterə qayıtdıqda hazır nəticəni əldə edə bilər.
Məsələn, istifadəçi telefondan hesabat hazırlamağı, e-poçtları yoxlamağı, eləcə də kodda dəyişiklik etməyi tapşıra bilər.
Anthropic özü də etiraf edir ki, texnologiya hələ tam ideal deyil:
- AI bəzən səhvlər edə bilər
- ekran üzərindən idarəetmə birbaşa inteqrasiyalardan daha yavaşdır
- məxfi məlumatlarla işləmək tövsiyə olunmur
Bəzi tətbiqlər isə təhlükəsizlik səbəbindən ümumiyyətlə bloklanıb.
Hazırda bu funksiya test rejimində təqdim olunur və yalnız Claude Pro və Max abunəçiləri üçün əlçatandır. Dəstək isə hələlik yalnız macOS sistemi ilə məhdudlaşır.






