spot_img
7 февраля, 2026
spot_img
ДомойSoftwareИгрыPlayStation eksklüzivliyindən imtina Sony-yə nə qədər qazanc gətirdi — rəqəmlər açıqlanıb

PlayStation eksklüzivliyindən imtina Sony-yə nə qədər qazanc gətirdi — rəqəmlər açıqlanıb

Sony maliyyə hesabatında artıq PlayStation 5 satışları barədə məlumat vermişdi. İndi isə şirkətin oyunlarını digər platformalara çıxarma strategiyasının necə maliyyə nəticəsi verdiyi də məlum olub.

Məlumatlara görə, Sony-nin daxili studiyalarının oyunlarının PC və Xbox platformalarında yayımlanması şirkətə ən azı 2,37 milyard dollar gəlir gətirib. Söhbət 2022-ci ilin birinci rübündən 2025-ci ilin üçüncü rübünə qədər olan ümumi dövrdən gedir.

Qeyd edək ki, bu rəqəmlər TweakTown portalının Sony-nin açıq maliyyə məlumatları əsasında apardığı öz hesablamalarıdır. Şirkətin özü multiplatforma satışlarından əldə olunan gəliri ayrıca açıqlamır.

Mənbənin təqdim etdiyi qrafikə əsasən, bir rüb ərzində ən yüksək gəlir 2023-cü ilin sonuna təsadüf edib. Məhz həmin dövrdə Helldivers II oyunu PC platformasında satışa çıxmışdı və bu, Sony üçün ciddi maliyyə uğuru gətirmişdi.

Beləliklə, PlayStation eksklüzivliyi prinsipindən qismən imtina etmək Sony üçün kommersiya baxımından özünü doğruldan addım olub.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,826ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -