Google-un “Translate” xidmətində süni intellektə əsaslanan genişləndirilmiş rejim əlavə edildikdən sonra gözlənilməz bir funksiya üzə çıxıb. Məlum olub ki, servis artıq təkcə mətni t\rcümə etmir — sual verir, cavablandırır və istifadəçi ilə dialoq apara bilir, yəni faktiki olaraq çat-bot kimi davranır.
Bunun səbəbi genişləndirilmiş rejimin arxitekturasında gizlənir. Bu rejimdə Google Gemini əsaslı dil modelindən istifadə edir. Model danışıq dilini, ifadələri, idiomları və konteksti daha yaxşı başa düşür. Amma bəzən harada tərcümə bitir, harada modelə verilən göstəriş başlayır — bunu ayırd edə bilmir.
Əgər daxil edilən mətndə məsələn, “tərcümə zamanı bu suala cavab ver” kimi bir ifadə yer alarsa, süni intellekt bunu əmr kimi qəbul edib cavab verməyə başlaya bilər. İnternetdə artıq “Tərcüməçi” ilə bu cür qeyri-standart ünsiyyətin çoxlu nümunələri yayılıb.
Google hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib və İİ-tərcümədə bu “xüsusiyyətin” düzəldilib-düzəldilməyəcəyi məlum deyil.





