Apple rəsmi saytında Mac kompüterlərinin alınma prosesini gözlənilmədən yeniləyib. İndi alıcılara hazır konfiqurasiyaların uzun siyahısı göstərilmir — bunun əvəzinə istifadəçi kompüterini özü “yığa” bilir, yaddaş həcmini və digər texniki xüsusiyyətləri rahat onlayn konstuktor vasitəsilə seçir.
Yenilənmiş interfeys ardıcıl açılan parametrlər lentindən ibarətdir. Məsələn, MacBook seçərkən əvvəlcə ekranın diaqonalı və korpusun rəngi müəyyən edilir, bundan sonra isə digər seçimlər aktivləşir: ekran örtüyünün növündən tutmuş CPU və GPU nüvələrinin sayına, həmçinin operativ və daxili yaddaşın həcminə qədər.
Bu yenilik Apple kompüterləri üçün tamamilə yeni və ya eksklüziv konfiqurasiyaların ortaya çıxması demək deyil. Lakin sistem istifadəçiyə öz ehtiyaclarına uyğun modeli daha rahat tapmağa imkan verir və seçim prosesini xeyli sadələşdirir.
Bununla belə, ixtisaslaşmış media qurumları hesab edir ki, M5 Pro və M5 Max çipləri ilə MacBook Pro modellərinin təqdimatından sonra bu yanaşma Apple-a yaddaş çatışmazlığı fonunda baş verən mümkün qiymət artımını bir qədər “gizlətməyə” də kömək edə bilər.




