AnTuTu bençmark platformasının tərtibatçıları 2026-cı ilin yanvar ayı üzrə ən məhsuldar Android-smartfonların siyahısını dərc ediblər. Reytinq flaqman modellər arasında real performans balansını açıq şəkildə göstərir.
Birinci yer RedMagic 11 Pro+ modelinə qismət olub. Smartfon 4 104 271 bal toplayaraq rəqiblərini geridə qoyub. Snapdragon 8 Elite Gen 5 flaqman prosessoru, 24 GB-a qədər sürətli operativ yaddaş və aktiv soyutma sistemi onu hazırda bazarın ən güclü Android-smartfonuna çevirir.
İkinci pillə isə sürprizlə yadda qalıb. Burada vivo X300 Pro qərarlaşıb. Kameralara fokuslanan modelin MediaTek Dimensity 9500 prosessoru ilə bu qədər yüksək nəticə göstərməsi ekspertlər üçün gözlənilməz olub.
Üçüncü yerdən doqquzuncu yerədək reytinqi Snapdragon 8 Elite Gen 5 platformasında çalışan smartfonlar tutur:
-
realme GT8 Pro
-
iQOO 15
-
Honor Magic8 Pro
-
Honor Win
-
Honor Magic8
-
OnePlus 15
-
REDMI K90 Pro Max
İlk onluğu isə Dimensity 9500 çipinə sahib vivo X300 modeli tamamlayır.





