Apple2026-cı ildə təqdim edəcəyi ilk smartfonu məhz büdcə seqmentinə aid iPhone 17e modeli ilə açmağı planlaşdırır. İnsayder Wisdom Pikachu-nun məlumatına görə, cihazın kütləvi istehsalı CES sərgisindən dərhal sonra — 9 yanvardan etibarən başlanacaq.
İlkin məlumatlara əsasən, iPhone 17e dizayn baxımından iPhone 16e-dən demək olar ki, fərqlənməyəcək, lakin ön paneldə mühüm dəyişiklik var: smartfon Dynamic Island çıxıntısına malik 6,1 düymlük OLED ekran alacaq. Aparat platformasının əsasını Apple A19 çipinin sadələşdirilmiş versiyası təşkil edəcək — bu yanaşma əvvəlki nəsildə iPhone 16e və Apple A18 nümunəsində tətbiq olunmuşdu.
Bundan əlavə, iPhone 17e-nin Apple-ın öz istehsalı olan 5G C1 modemini əldə edəcəyi gözlənilir. Qiymət siyasətində ciddi dəyişiklik proqnozlaşdırılmır: modelin təxminən 600 dollar səviyyəsində qalacağı bildirilir. Lakin xoş sürpriz də var — baza yaddaş həcmi 256 GB-a qədər artırıla bilər.
Qeyd edək ki, Wisdom Pikachu daha əvvəl Xiaomi 13 Ultra-nın 2023-cü ilin aprelində təqdim olunacağını, eləcə də həmin tədbirdə Xiaomi Pad 6 planşetlərinin nümayiş etdiriləcəyini dəqiq proqnozlaşdırmışdı. Bu da məlumatın etibarlılığını artırır.





