Xiaomi şirkəti süni intellektin tətbiqindən əldə etdiyi nəticələrin gözləntiləri xeyli üstələdiyini bildirib. Şirkətin sözlərinə görə, 2025-ci ildə süni intellektə yatırımlar gözləniləndən daha yüksək gəlir gətirib.
Xiaomi bu nəticəni həm böyük süni intellekt modellərinin hazırlanmasında, həm də onların real tətbiqlərdə sürətlə istifadəyə verilməsində əldə olunan irəliləyişlərlə izah edir.
Qeyd edək ki, ötən rübdə ilk dəfə olaraq ağıllı elektromobillər, süni intellekt və yeni biznes təşəbbüslərini əhatə edən innovasiya seqmentinə daxil olan layihələr mənfəət əldə etməyə başlayıb.
Bu yeni təşəbbüslərdən əldə olunan ümumi gəlir təxminən 4,1 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Bu rəqəm birbaşa süni intellektdən əldə olunan gəliri tam əks etdirməsə də, ümumi tendensiya açıq şəkildə görünür.





