spot_img
20 декабря, 2025
spot_img
ДомойSoftwareИгрыSilent Hill f ilin ən yaxşı qorxu oyunu seçildi

Silent Hill f ilin ən yaxşı qorxu oyunu seçildi

Bütün diqqətlərin The Game Awards 2025-ə yönəldiyi bir vaxtda, oyun dünyasında daha spesifik auditoriyaya yönəlmiş, lakin janr üçün son dərəcə önəmli başqa bir mükafat mərasimi də keçirilib. Söhbət The Horror Game Awards 2025-dən gedir — və gecənin əsas qalibi Silent Hill f olub.

Mükafatlandırma mərasimi 13 dekabr tarixində baş tutub. Burada ötən ilin ən yaxşı qorxu oyunları seçilib. Konami tərəfindən təqdim olunan Silent Hill f altı nominasiyada namizəd göstərilib və onların dördündə qalib gələrək mərasimin ən titullu oyunu olub. Nəticədə layihənın əsas mükafatını — “İlin qorxu oyunu” titulunu qazanıb.

Daha kiçik miqyasda olsa da, uğurlu çıxış edən digər layihə Look Outside olub — oyun iki nominasiyada qalib gələrək ilin ən yaxşı müstəqil qorxu oyunu kimi yadda qalıb.

The Horror Game Awards 2025 qalibləri:

İlin qorxu oyunu: Silent Hill f

Oyunçuların seçimi: No, I’m Not Human

Ən əlçatan qorxu oyunu: Little Nightmares III

Ən çox gözlənilən qorxu oyunu: Resident Evil Requiem

Ən yaxşı aktyor oyunu: Konatsu Kato (Silent Hill f)

Ən yaxşı süjet: Silent Hill f

Ən yaxşı soundtrack: DOOM: The Dark Ages

Ən yaxşı vizual üslub: Look Outside

Ən yaxşı indie müstəqil oyun: Look Outside

Ən yaxşı multiplayer: R.E.P.O.

Ən yaxşı VR-qorxu oyunu: The Midnight Walk

İlin bloqeri: Markiplier

Ən yaxşı müstəqil-studiya: Black Eyed Priest

Ən yaxşı studiya: Red Barrels

Texniki nailiyyətlər: Silent Hill f

Bundan əlavə, Xideo Kodzima ayrıca mükafata layiq görülüb. Əfsanəvi geymdizayner qorxu janrının inkişafına verdiyi töhfəyə görə təltif edilib — böyük ehtimalla, vaxtilə janrı kökündən dəyişən P.T. demosuna görə.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,836ФанатыМне нравится
1,029ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -