spot_img
15 декабря, 2025
spot_img
ДомойAI / MLOpenAI istifadəçiləri məşhur Disney qəhrəmanları ilə videolar yarada biləcək

OpenAI istifadəçiləri məşhur Disney qəhrəmanları ilə videolar yarada biləcək

Süni intellekt sahəsinin nəhəngi OpenAI media imperiyası Disney ilə üç illik strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Razılaşmaya əsasən, OpenAI-nin Sora neyroşəbəkəsi artıq istifadəçilərin sorğusu ilə Disney-ə məxsus məşhur franşizaların qəhrəmanları ilə qısa videoçarxlar yarada biləcək.

Söhbət 200-dən çox personajdan gedir — müxtəlif kainatlara aid olan bu qəhrəmanlar Disney-in hüquqlarına daxildir. Fanatlar yaradılmış videoları paylaşa biləcək, ən uğurlu və kreativ işlər isə hətta Disney+ platformasının rəsmi kataloquna daxil edilə bilər.

Müqavilə ikitərəfli əməkdaşlığı nəzərdə tutur. Disney də OpenAI-nin qabaqcıl İİ alətlərindən aktiv şəkildə istifadə edəcək — həm film və serial layihələrinin hazırlanmasında, həm də şirkət əməkdaşlarının iş prosesinin optimallaşdırılmasında.

Mediada yayılan məlumatlara görə, razılaşmanın dəyəri təxminən 1 milyard dollar təşkil edir — bu məbləği Disney OpenAI-yə investisiya kimi yatırıb. Hər iki şirkət xüsusi olaraq vurğulayıb ki, istifadəçi təhlükəsizliyi və müəllif hüquqları əsas prioritetlərdən biridir.

“Texnologiya və innovasiyalar əyləncə sənayesinin inkişaf istiqamətini tarix boyu müəyyən edib — bu, hekayələr yaratmaq və onları bütün dünya ilə bölüşmək üçün daim yeni imkanlar açır”— deyə, Disney-nin baş icraçı direktoru Bob Ayger bildirib.

Bu əməkdaşlıq süni intellektlə əyləncə dünyasının tam yeni mərhələyə keçdiyini göstərir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,837ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -