spot_img
2 декабря, 2025
spot_img
ДомойТелекомСобытияInstagram əməkdaşları artıq həftədə beş gün ofisdən işləyəcəklər

Instagram əməkdaşları artıq həftədə beş gün ofisdən işləyəcəklər

Instagram rəhbəri Adam Mosseri 2026-cı il fevralın 2-dən etibarən ABŞ-da iş yerləri müəyyən edilmiş əməkdaşların böyük əksəriyyətinin həftədə beş gün ofisdə işləməsini tələb edib. Bu barədə Business Insider xəbər verir.

Şirkətin “2026-cı ildə qələbə mədəniyyətini yaratmaq” adlı daxili qeyddə bildirilir ki, bu qərarın əsas məqsədi Instagram-ı daha çevik və yaradıcı bir iş mühitinə çevirməkdir, xüsusilə də rəqabətin getdikcə artdığı şəraitdə.

«Mən hesab edirəm ki, əməkdaşlıqda daha yaradıcı yanaşma yalnız bir yerdə, fiziki görüşlər zamanı mümkün olur. COVID-dən əvvəl də bunu hiss edirdim və hər dəfə Nyu-York ofisimizə gələndə, şəxsi görüşlərin mədəniyyətinin nə qədər güclü olduğunu görürəm», — deyə Mosseri bildirib.

Bu ilin əvvəlində oxşar addımı Amazon atmışdı, şirkət korporativ əməkdaşlarına həftədə beş gün ofisdə işləməyi tövsiyə etmişdi. Digər texnologiya nəhəngləri – Alphabet, Apple və Microsoft – isə bir qədər yumşaq yanaşma tətbiq edir və əməkdaşlardan həftədə ən azı üç gün ofisdə olmağı tələb edirlər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,844ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -