OpenAI və Google səssiz şəkildə öz İA servislerine giriş qaydalarını dəyişib. Pulsuz istifadəçilər bu dəyişiklərdən ən çox təsirlənən qrupdur — indi onlar ya sorğu sayını azaltmalı, ya da ödənişli tariflərdən birinə keçməli olacaqlar.
Yeni qaydalara görə, OpenAI Sora 2 xidmətində pulsuz istifadəçilər gün ərzində cəmi 6 video generasiya edə biləcək. Bu istiqamətin rəhbəri Bill Pibls bildirib ki, şirkətin qrafik prosessorları “demək olar ki, əriyir” və OpenAI istəyir ki, Sora-dan mümkün qədər çox insan istifadə edə bilsin.
ChatGPT Plus abunəçiləri üçün limitlər dəyişməyib. Sora 2-nin relizindən sonra istifadəçilərə əvvəlcə gündə 50, daha sonra isə 100 pulsuz generasiya imkanı verilmişdi — bu rəqəmlər ödənişli abonentlər üçün qüvvədə qalır.
Google Gemini 3 Pro servisində də yeni məhdudiyyətlər tətbiq edilib: indi bu limitlər “baza giriş” kimi təsnif olunur və gün ərzində sorğu sayı dinamik olaraq dəyişə bilər. Məsələn, şəkil generatoru Nano Banana Pro artıq gündə 3 deyil, 2 pulsuz seans təklif edir.
Google AI Pro və AI Ultra kimi ödənişli tariflərdə isə hələlik heç bir dəyişiklik edilməyib.





