spot_img
1 декабря, 2025
spot_img
ДомойAI / MLGoogle və OpenAI pulsuz istifadəçilər üçün İA imkanlarını məhdudlaşdırdı

Google və OpenAI pulsuz istifadəçilər üçün İA imkanlarını məhdudlaşdırdı

OpenAIGoogle səssiz şəkildə öz İA servislerine giriş qaydalarını dəyişib. Pulsuz istifadəçilər bu dəyişiklərdən ən çox təsirlənən qrupdur — indi onlar ya sorğu sayını azaltmalı, ya da ödənişli tariflərdən birinə keçməli olacaqlar.

Yeni qaydalara görə, OpenAI Sora 2 xidmətində pulsuz istifadəçilər gün ərzində cəmi 6 video generasiya edə biləcək. Bu istiqamətin rəhbəri Bill Pibls bildirib ki, şirkətin qrafik prosessorları “demək olar ki, əriyir” və OpenAI istəyir ki, Sora-dan mümkün qədər çox insan istifadə edə bilsin.

ChatGPT Plus abunəçiləri üçün limitlər dəyişməyib. Sora 2-nin relizindən sonra istifadəçilərə əvvəlcə gündə 50, daha sonra isə 100 pulsuz generasiya imkanı verilmişdi — bu rəqəmlər ödənişli abonentlər üçün qüvvədə qalır.

Google Gemini 3 Pro servisində də yeni məhdudiyyətlər tətbiq edilib: indi bu limitlər “baza giriş” kimi təsnif olunur və gün ərzində sorğu sayı dinamik olaraq dəyişə bilər. Məsələn, şəkil generatoru Nano Banana Pro artıq gündə 3 deyil, 2 pulsuz seans təklif edir.

Google AI ProAI Ultra kimi ödənişli tariflərdə isə hələlik heç bir dəyişiklik edilməyib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,846ФанатыМне нравится
1,025ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -