AnTuTu-da təkcə smartfonlar deyil, planşetlər də test edilir. Bençmark tərtibatçıları ötən ayın nəticələrinə əsaslanan yenilənmiş reytinqi rəsmi saytlarında dərc edərək noyabrın ən güclü 10 Android-planşetini müəyyənləşdiriblər.
Noyabr siyahısının lideri Snapdragon 8 Elite Gen 5 prosessorlu Honor MagicPad 3 Pro 13.3 olub. Cihazın 16 GB RAM-lı versiya 4 038 720 bal toplayaraq birinci yeri tutub.
İkinci pillədə Intel Ultra 5 228V çipinə malik, 32 GB RAM-lı H3C MegaBook qərarlaşıb — onun nəticəsi 3 716 440 baldır. Siyahıdakı növbəti beş model isə Snapdragon 8 Elite əsaslıdır: OPPO Pad 4 Pro (3 230 943), Lenovo Y700 (3 201 881), Red Magic Gaming Tab 3 Pro (3 189 204), Xiaomi Pad 8 Pro (3 140 558) və OnePlus 2 Pro (3 091 246).
Son üç yeri isə MediaTek Dimensity 9400 Plus prosessorlu planşetlər tutub: OPPO Pad 5 (2 897 105), Redmi K Pad (2 891 497) və iQOO Pad5 Pro (2 883 286).





