Porsche şirkəti Cayenne-in dördüncü nəslini təqdim edib. Yeni model tamamilə elektrikləşdirilmiş krossoverdir və eyni zamanda Alman brendinin indiyədək istehsal etdiyi ən güclü seriyalı avtomobil statusunu qazanıb.
Turbo versiyasında güc göstəricisi 1139 at gücünə və 1500 Nm fırlanma anına çatır. Bu, avtomobilin 0-dan 100 km/s-ə cəmi 2,4 saniyəyə sürətlənməsinə və maksimal 260 km/s sürət toplamasına imkan verir.
Adi sürüş rejimində sürücüyə 844 at gücü təqdim olunur. Əlavə 173 at gücü isə Push-to-pass düyməsi ilə qısa müddətlik aktivləşdirilir. 113 kVt·s tutumlu batareya 642 km-ə qədər yürüş məsafəsi təmin edir. 800 voltluq sürətli şarj sistemi batareyanı 10%-dən 80%-ə qədər 16 dəqiqəyə doldura bilir. Həmçinin 11 kVt gücündə naqilsiz (wireless) şarj funksiyası mövcuddur.
Baza versiyası adi rejimdə 402 at gücü, boost aktiv olduqda isə 435 at gücü təklif edir. Bu modifikasiya 0–100 km/s sürətlənməsini 4,5 saniyəyə tamamlayır. Benzinli Cayenne ilə müqayisədə yeni elektrikli modelin kuzovu 5 sm, təkər bazası isə 12,7 sm daha böyükdür.
ABŞ-da satışlar 2026-cı ilin yayında başlayacaq. Baza versiya üçün qiymət 109 000 dollar, Turbo versiyası üçün isə 163 000 dollar təşkil edəcək.





