Honor şirkəti yeni Honor 500 smartfonlar seriyasını rəsmi olaraq elan edib və yaxın zamanda təqdim ediləcək modellərin ilk rəsmi tizerini yayımlayıb. Şəkildən göründüyü kimi, cihazların əsas xüsusiyyətlərindən biri son dərəcə nazik korpus olacaq.
Seriyaya Honor 500 və Honor 500 Pro modelləri daxildir. Hər iki smartfon nazik və düz çərçivəli dizayna malik olacaq. Tizerə əsasən, ən azı bir modeldə iPhone-lardakı Camera Control düyməsini xatırladan sensor idarəetmə düyməsi yer alacaq.
Şirkət promomateriallarda cihazlara “kompromissiz performans və uzunmüddətli şarj davamlılığı” vəd edir. Honor-un sözlərinə görə, bu göstəricilər orta seqmentdə yeni standart müəyyən edəcək.
Etibarlı mənbə Digital Chat Station isə bildirib ki, Honor 500 seriyasının istehsal keyfiyyəti bəzi flaqman modellərdən belə yüksək olacaq.
Smartfonların texniki xüsusiyyətləri və rəsmi təqdimat tarixi hələ ki, açıqlanmayıb.






