Google Play ənənəyə sadiq qalaraq, 2025-ci ilin sonunu Android üçün ən yaxşı tətbiq və oyunların siyahısı ilə qeyd edib. Şirkət yalnız ümumi qalibləri deyil, həm də 16 ayrı nominasiya üzrə ən yaxşı layihələri elan edib.
2025-ci ilin ən yaxşı tətbiqi Google-un seçimində Focus Friend olub. Bu tətbiq ekran vaxtına nəzarət etməyə kömək edir — diqqəti yayındıran tətbiqləri bloklayaraq istifadəçiyə vacib işlərə fokuslanmağa imkan verir. Digər nominasiyalarda qalib olan tətbiqlər isə belədir:
-
Ən əyləncəli: Edits, an Instagram app
-
Şəxsi inkişaf üçün ən yaxşısı: Focus Friend by Hank Green
-
Gündəlik istifadə üçün ən yaxşısı: Wiser – 15 Minute Audio Books
-
İlin kəşfi: Pingo AI Language Learning
-
Ailə üçün ən yaxşısı: ABCmouse 2: Kids Learning Game
-
Ağıllı saatlar üçün ən yaxşısı: SleepisolBio: sleep, alarm
-
Böyük ekranlar üçün ən yaxşısı: Goodnotes: Notes, docs, PDF
-
Avtomobillər üçün ən yaxşısı: SoundCloud: The Music You Love
-
XR-qarşılıqlı reallıq üçün ən yaxşısı: Calm – Sleep, Meditate, Relax
2025-ci ilin ən yaxşı oyunu isə Pokémon TCG Pocket seçilib — burada əsas diqqət dizayna və inteqrasiya olunmuş booster-mexanikasına yönəlib. Oyunlar üzrə digər qaliblər belədir:
-
Ən yaxşı multiplayer: Dunk City Dynasty
-
Tez başlamaq üçün ən yaxşı oyun: Candy Crush Solitaire
-
Ən yaxşı indie: Chants of Sennaar
-
Ən yaxşı süjet: Disco Elysium
-
Ən aktual oyun: Wuthering Waves
-
Google Play Pass-da ən yaxşı: DREDGE
-
PC-də Google Games üçün ən yaxşı: Odin: Valhalla Rising
Google həmçinin çoxcihazlı istifadəyə uyğun tətbiq və oyunları da mükafatlandırıb: ən yaxşı tətbiq Luminar, ən yaxşı oyun isə Disney Speedstorm seçilib.







