ASUS monitor ailəsinə daha bir büdcəli model – VA259HGA əlavə edib. Yüksək yeniləmə tezliyi və göz qoruma funksiyaları ilə seçilən bu model həm iş, həm də əyləncə üçün uyğun və əlçatan bir ekran kimi təqdim olunur.
Monitor 24,5 düymlük IPS panel üzərində qurulub və 1920×1080 piksel, 120 Hz yeniləmə tezliyi, 300 kcd/m² pik parlaqlıq və 1 ms (MPRT) cavab müddəti təklif edir. Bundan əlavə, model 99% sRGB rəng örtüyü və əleyhinə parıltı örtüyü ilə təchiz olunub.
Yeni monitor Adaptive-Sync (kadr qırılmalarının qarşısını alır), Flicker-Free, Low Blue Light və DC Dimming (göz yorğunluğunu azaldır) texnologiyalarını dəstəkləyir. Power Sync funksiyası HDMI ilə qoşulduqda monitorun ASUS mini-PC-lərlə eyni anda açılıb-sönməsinə imkan verir.
Həmçinin, cihazda 2 Vt gücündə iki daxili dinamik var və monitor +23° ilə -5° arasında əyilmə bucağını tənzimləyə bilən dayaqlıqla gəlir.
ASUS VA259HGA artıq Çin bazarında 86 dollar qiymətinə satışdadır.





