LG şirkəti 2022–2024-cü illərdə istehsal olunmuş televizorlarını yeni webOS 25 əməliyyat sistemi ilə yeniləməyə start verib. Artıq yeniləmənin əsas xüsusiyyətləri və dəstəklənən modellərin siyahısı da məlumdur.
LG bu yeniləməni köhnə modellərə gətirəcəyini ilk dəfə təxminən altı ay əvvəl elan etmişdi. İndi isə şirkət 33.21.85 və 33.22.15 versiyalı webOS 25-i 2023 və 2024-cü il modellərinə, həmçinin aşağıdakı modellərə göndərməyə başlayıb:
-
OLED seriyaları: B2/3/4, C2/3/4, G2/3/4
-
QNED (2022-ci ildən istehsal olunanlar)
-
StanbyME
Yeni versiyada bir sıra mühüm yeniliklər var:
-
Əsas ekranda əvvəlcədən quraşdırılmış tətbiqləri gizlətmək imkanı
-
1440p 120 Hz dəstəyi
-
Yeni süni intellekt əsaslı səs rejimi
-
Fərdi ekran qoruyucular (zastavkalar)
-
Yenilənmiş ağıllı ev cihazlarının idarəetmə mərkəzi
Yeniləmə qeyd olunan modellərə mərhələli şəkildə göndəriləcək, buna görə də bəzi televizorlarda onun gəlməsi bir qədər gecikə bilər.