spot_img
25 октября, 2025
spot_img
ДомойAI / MLChatGPT səs rejimi üçün böyük yeniləmə alacaq

ChatGPT səs rejimi üçün böyük yeniləmə alacaq

OpenAI hazırda ChatGPT-nin səs rejimini təkmilləşdirmək üzərində işləyir — bu funksiya artıq ayrıca ekran interfeysi deyil, birbaşa əsas çat pəncərəsinin bir hissəsi ola bilər. Beləliklə, istifadəçilər səsli söhbət zamanı hava haqqında məlumat, xəritələr, keçidlər və digər vizual elementlər kimi müxtəlif məzmunu eyni anda görə biləcəklər. Əvvəllər bu imkanlar səs rejimində mövcud deyildi.

Hazırda ChatGPT-də səsli ünsiyyət aktivləşdirildikdə, ayrıca ekran açılır və orada sadəcə animasiya görünür. İstifadəçi subtitrləri qoşaraq dialoqun mətn formasını görə bilər, lakin bununla funksionallıq bitir — nə şəkillər, nə xəritələr, nə də linklər göstərilmir. Əlavə məlumatlara baxmaq üçün istifadəçi səsli seansı bitirib adi çata qayıtmalı olur.

ChatGPT v1.2025.294 tətbiqinin kodunda entuziastlar yeni yanaşmaya işarə edən dəyişikliklər aşkar ediblər. Gələcəkdə səsli ünsiyyət birbaşa çat interfeysindən başladılacaq, ayrıca ekrana keçid olmayacaq. Bu zaman mikrofonu idarə etmək və söhbəti bitirmək üçün düymələr görünəcək, həmçinin səsli dialoqlarla yanaşı dinamik məzmun da eyni pəncərədə əks olunacaq.

Qeyd edək ki, Google artıq oxşar funksiyanı Gemini Live xidmətində tətbiq edib — orada da süni intellektlə səsli ünsiyyət birləşdirilmiş interfeysə inteqrasiya olunub.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,863ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -