Hyundai şirkəti öz elektrokarlar ailəsini ən kompakt model ilə genişləndirməyə hazırlaşır. Rəsmi premyeraya qədər ictimaiyyətə yalnız Concept THREE adlı konsept təqdim olunub və məhz bu model gələcək IONIQ 3-ün bazası olacaq.
Konsept avtomobil Aero Hatch yan profili ilə seçilir. Arxa spoyler yenilənmiş IONIQ 6-nın dizayn elementlərini xatırladır və tam eni boyu uzanan LED işıq zolağı ilə tamamlanacağı gözlənilir. Texniki əsas kimi artıq Hyundai və Kia modellərində istifadə olunan E-GMP modul platforması seçilib.
IONIQ 3 şirkətin portfelində Inster EV və Kona Electric modelləri arasında yer tutacaq. İlkin məlumatlara görə, alıcılara iki akkumulyator seçimi təklif olunacaq: 58,3 kVt·saat (təqribən 418 km məsafə) və 81,4 kVt·saat (təxminən 587 km məsafə).
Məlumata əsasən, avtomobil Pleos OS əsasında işləyən multimedya sistemi ilə təchiz olunacaq. Bu proqram təminatı ənənəvi avtomobil interfeysindən çox mobil əməliyyat sistemini xatırladır.
Qiymətlər və son texniki göstəricilər hələ açıqlanmayıb, lakin ekspertlər yeni modelin təqribən 33 700 ABŞ dolları civarında qiymətləndiriləcəyini proqnozlaşdırır.