spot_img
3 октября, 2025
spot_img
ДомойТехнологииHonor və Alibaba birgə İİ texnologiyalar hazırlayacaq

Honor və Alibaba birgə İİ texnologiyalar hazırlayacaq

Honor brendi və Alibaba ticarət platforması strateji əməkdaşlıq sazişi imzalayıb. Razılaşmaya əsasən, tərəflər süni intellekt sahəsində yeni texnologiyaların hazırlanmasına və internet-biznes ekosisteminin inkişafına fokuslanacaqlar.

Yeni İİ ekosisteminin qurulmasında İİ agentləri, böyük verilənlər modelləri, ağıllı xidmətlər və tətbiqlər əsas rol oynayacaq. Buraya səyahət naviqasiyası, turizm xidmətləri, mobil ofis, onlayn alış-veriş və kinoteatr həlləri daxildir.

Honor və Alibaba həmçinin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyi, İİ cihaz ekosistemində yeni funksiyaları və qarşılıqlı fəaliyyət modellərini araşdırmağı, eləcə də Tongyi Qianwen böyük modelinə əsaslanan istifadəçi yönümlü tətbiqlər hazırlamağı planlaşdırır.

Hazırda Honor-un səsli köməkçisi YOYO artıq Alibaba Fliggy Travel (turizm xidməti) və Amap (xəritə xidməti) ilə inteqrasiya olunub. O, istifadəçinin cədvəli və üstünlüklərinə uyğun fərdi tur bələdçiləri yarada, görməli yerləri tövsiyə edə, marşrutlar planlaşdıra, aviabiletləri və otelləri sifariş edə bilir.

Tezliklə satışa çıxacaq Honor Magic 8 flaqman seriyası isə Alibaba ilə birgə yaradılmış İİ funksiyaları sayəsində daha innovativ istifadəçi təcrübəsi vəd edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,872ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -