Financial Times yazır ki, anonim mənbələrə görə, Sam Altman yeni “beyin–kompüter” interfeysi layihəsi üzərində işləyir. Merge Labs adlanan startapın birbaşa Elon Musk-un Neuralink şirkətinə rəqib olacağı bildirilir.
İlkin məlumata görə, layihənin dəyəri 850 milyon ABŞ dolları olaraq qiymətləndirilir. Merge Labs, Altman-ın göz skanlaması ilə rəqəmsal şəxsiyyət vəsiqəsi yaratmaq üzərində çalışan Tools for Humanity (keçmiş World) şirkətinin rəhbəri Alex Blania ilə əməkdaşlıq edir.
Həm Neuralink, həm də Merge Labs insan–texnologiya qarşılıqlı əlaqəsini tamamilə dəyişdirə biləcək potensiala malikdir. Bəzi ekspertlər hesab edir ki, bu cür layihələr bəşəriyyəti “texnoloji təkamülün son mərhələsi” — yəni insanla texnologiyanın birləşməsi mərhələsinə yaxınlaşdıra bilər. Mask bu prosesi İA-nın insan zəkasını ötüb keçdiyi məqam kimi təsvir edir.
Aydındır ki, Altman Musk-la birbaşa rəqabətə girərək, bəşəriyyət üçün həyati əhəmiyyət daşıyan bu sahədə tək söz sahibi olmasına imkan vermək istəmir.