Google öz “yaradıcı” çat-botu Gemini-ni yeni şəkil redaktə modeli Gemini 2.5 Flash Image ilə yenilədi. Şirkətin sözlərinə görə, bu funksiya istifadəçilərə şəkilləri keyfiyyət itkisi olmadan yaratmaq və emal etmək imkanı verəcək.
Yeni İA modeli Nano Banana kod adı ilə tanınır və təbii dildə verilən sorğular əsasında işləyir. O, üzlərin, heyvan təsvirlərinin və digər detallı elementlərin təhrif olunmadan eyni dəqiqliklə saxlanılmasını təmin edir.
Bundan başqa, model bir neçə fotonu birləşdirə, habelə elementlər əlavə etməklə mərhələli redaktə də apara bilir.
Yenilik artıq LMArena kütləvi test platformasında sınaqdan keçirilib və istifadəçilərin əksəriyyətindən müsbət rəylər alıb. Google isə öz növbəsində modelin dəqiqliyini vurğulayır və onu rəqiblərdən üstün göstərir.
Gemini 2.5 Flash Image artıq Gemini tətbiqində, həmçinin Gemini API, Google AI Studio və Vertex AI platformalarında istifadəçilərə açıqdır.