spot_img
16 июля, 2025
spot_img
ДомойСайтыСоциальные сервисы“Kontakt”da alış-veriş artıq “SİMA İmza” ilə!

“Kontakt”da alış-veriş artıq “SİMA İmza” ilə!

İndi “SİMA İmza” istifadəçiləri “Kontakt” mağazalarında kreditlə alış-veriş zamanı müqavilələri elektron şəkildə imzalaya bilərlər.

“AzInTelecom” MMC və “Kontakt” mağazalar şəbəkəsi arasındakı inteqrasiyanəticəsində müştərilər kağız sənədlərə ehtiyac olmadan müqavilələri bir toxunuşla mobil telefonla imzalayacaqlar.

Bu yenilik vətəndaşlara aşağıdakı üstünlükləri qazandırır:

  • Müqavilələrin imzalanması prosesi daha sürətlihəyata keçirilir, vaxta qənaət edilir
  • Müştəri məlumatlarının doğrulanması rəqəmsal və təhlükəsiz üsullarla aparılır
  • Müqavilə elektron olduğu üçün itmə təhlükəsi olmur, istənilən vaxt baxıla bilir
  • Ətraf mühitə mənfi təsir azaldılır, kağızdan istifadə minimuma endirilir

Qeyd edək ki, müştəri və mağaza arasında “SİMA İmza” ilə bağlanılmış elektron müqavilə kağız müqavilə ilə eyni hüquqi qüvvəyə malik hesab edilir. “Kontakt” və “SİMA İmza” bu yeniliklə müştəri təcrübəsini müasirləşdirmək və ölkədə rəqəmsal xidmətlərin genişlənməsinə töhfə vermək məqsədi daşıyır.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin yüklənilmə sayı 5 milyona yaxınlaşır. Rəqəmsal imza əldə etmək üçün xidmət məntəqəsinə getməyəvə ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. “SİMA İmza” vətəndaşlar üçün tam ödənişsizdir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,928ФанатыМне нравится
1,025ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -