spot_img
26 июля, 2025
spot_img
ДомойSoftwareМобильные приложенияGoogle Photos artıq “şəkilləri canlandırmaq” imkanına malikdir

Google Photos artıq “şəkilləri canlandırmaq” imkanına malikdir

Google Foto tətbiqinə süni intellekt əsaslı yeni funksiyalar əlavə olunub. İstifadəçilər artıq fotoları animasiyaya çevirmək və ya onları fərqli üslublarda yenidən işləmək imkanı əldə edirlər.

Əsas yenilik Photo-to-Video adlanır. Bu funksiya Veo 2 adlı neyroşəbəkə generatorunun köməyi ilə seçilmiş şəkli 6 saniyəlik videoya çevirir. İstifadəçiyə iki seçim təklif olunur: «Zərif hərəkətlər» (fotodakı obyektlərin yüngül animasiyası) və hərəkətlərin təsadüfi seçimi. Videonun generasiyası təxminən bir dəqiqə çəkir. Hazır video qalereyaya yaddaşa verilə və ya paylaşa bilər.

Google bu funksiyanın video generasiyası üçün bəzi məhdudiyyətləri olduğunu bildirir, lakin detalları açıqlamır. Photo-to-Video artıq ABŞ-da bəzi Android və iPhone istifadəçiləri üçün aktivləşib.

İkinci yenilik — Remix funksiyasıdır. Bu alət insanlar və heyvanların şəkillərini rəssam üslubunda yenidən çəkilmiş vizual obraza çevirir. Remix funksiyası da ilk olaraq ABŞ-da istifadəyə veriləcək və yaxın həftələrdə tədricən yayılacaq.

Bütün süni intellekt tərəfindən yaradılan materiallar SynthID adlı rəqəmsal su nişanı ilə işarələnəcək və videonun özündə AI vasitəsilə yaradıldığı barədə qeyd olacaq.

Hər iki funksiya avqust ayından etibarən Create adlı ayrıca bölmədə toplanacaq. Lakin bu imkanların ABŞ-dan kənarda nə vaxt istifadəyə veriləcəyi hələlik məlum deyil.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,927ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -